Tbilisidə partlayış: ölənlərin sayı artdı – YENİLƏNDİ

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərdən biri ölkənin Daxili İşlər Nazirliyinin əməkdaşıdır.

“Report”un yerli bürosu xəbər verir ki, yaralananlardan ikisi Daxili İşlər Nazirliyinin, biri isə “Battleground” atıcılıq mərkəzinin əməkdaşlarıdır.

İstintaq “Elektrik və ya istilik enerjisi, qaz, neft və ya neft məhsulları obyektlərində təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə aparılır. Cəza 6 ildən 10 ilə qədər həbsdir.

Qeyd edək ki, partlayışın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

***

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

Zərərçəkən 4 nəfərdən biri klinikada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə nəticəsində üç nəfər ölüb, daha üçü isə yaralanıb.

***

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

***12:53

Gürcüstanın paytaxtı Tbilisi şəhərində partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqramın Gürcüstan seqmentində məlumat yayılıb.

Bildirilir ki, şəhərin Boçormi küçəsindəki “Battleground” atıcılıq mərkəzinin yaxınlığında yanğın olub.

Hadisə nəticəsində yaralananların olduğu deyilir.