28 yaşlı gəncin həyatına son qoyan olayın təfərrüatı

Zaqatalada ov tüfəngi ilə ehtiyatsız davranaraq ölən gənc barədə müəyyən təfərrüatlar məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Lahıc kənd sakini 1994-cü il təvəllüdlü Cavidan Murad oğlu Muradov qardaşı və dostu ilə birlikdə “Muravey” markalı mopedlə kəndin inzibati ərazisindəki meşəlik ərazidəki şəxsi təsərrüfatına işləməyə gedib.

Hadisə baş verən zaman Cavidan Muradov mopedi idarə edirmiş və o, əlində tutduğu silahla ehtiyatsız davranıb. Nəticədə silahdan açılan atəş onun baş nahiyəsində ciddi ağır zədəyə səbəb olub.

Cavidan Muradov aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.