Ermənistan ölümcül qərar verə bilər – Xaritonov

“Ermənistan diqqətlə düşünüb, sonra addım atmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyada prezidentliyə namizəd Nikolay Xaritonov Ermənistanın KTMT-dən çıxmaq istəyinə münasibət bildirərkən deyib.

“Rusiyadakı erməni diasporu Ermənistan rəhbərliyinin “səhv, bəlkə də ölümcül” addım atmayacağına ümid edir və inanır. Yeddi dəfə ölçün, bir dəfə biçin”, – o qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az