Ermənistanın varlığına son qoymaq istəyirlər – Mirzoyan

 “Ermənistanın qarşısında ontoloji və ekzistensial problemlər var”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan hökumətinin 2021-2026-cı illər proqramının icrasına dair hesabatın müzakirə edildiyi iclasda deyib.

O, Ermənistan dövlətinin mövcudluğuna son qoymaq istəyən qüvvələr olduğunu iddia edib.

“Ölkəmizin varlığına son qoymaqda bilavasitə maraqlı, suveren əraziləri ilə bağlı ambisiyaları olan beynəlxalq aktorlar var”, – A.Mirzoyan bildirib.

Safura Bənnayeva
Globalinfo.az