Rusiya Prezidenti Vladimir Putinin çıxışlarında sərt bəyanatlarla yanaşı, ironik və yumorlu ifadələr, ən yadda qalan fikirləri dərc olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Onlardan biri 2024-cü ilin mayında səsləndirilib.
Putin “Valideyn Şöhrəti” ordeni ilə təltif olunan ailələrlə videobağlantı zamanı Tümen sakini Natalya Yakuninanın səkkiz övladının olduğunu öyrənib və onun həyat yoldaşını nadir hallarda gördüyünü deməsinə zarafatla belə cavab verib:
“Deyirsiniz ki, sevdiyiniz həyat yoldaşınızı nadir hallarda görürsünüz. Səkkiz uşağınız varsa – nadir hallarda, amma sərrast!”
Putinin daha bir məşhur ifadəsi isə 1999-cu ilin payızına təsadüf edir. Həmin vaxt baş nazir vəzifəsində çalışan Putin terrorçularla bağlı sərt açıqlaması ilə yadda qalmışdı.
“Biz terrorçuları hər yerdə təqib edəcəyik. Aeroportda, bağışlayın, tualetdə də yaxalasaq, onları tualetdə məhv edəcəyik. Bununla məsələni birdəfəlik bağlayacağıq”, – deyə Putin demişdi.
2002-ci ildə isə artıq Prezident kimi çıxış edən V.Putin Rusiya vətəndaşlarını pullarını xaricdə saxlamağa ehtiyatla yanaşmağa çağırarkən “Toz udmaqdan yorulacaqsınız!” ifadəsini işlətmişdi.
Bu açıqlama illər sonra da Putinin ən çox xatırlanan ifadələrindən biri olaraq qalıb.
Safura Bənnayeva
Globalinfo.az