Erməni əsgər necə ölüb? – İlkin versiya / FOTO

“İlkin versiyaya görə, Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Avaq Danieloviç Zakaryan əsgər yoldaşının açdığı atəş nəticəsində ölüb”.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Bildirilib ki, Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir və vəziyyəti araşdırır.

Əsgərlərin aralarında heç bir fikir ayrılığı, problem yaşamadığı və ehtiyatsızlıqdan atəş açıldığı vurğulanır.

Qeyd edək ki, fevralın 24-də Ermənistan Müdafiə Nazirliyi naməlum şəraitdə  N saylı hərbi hissəsinin əsgəri Avaq Danieloviç Zakaryanın öldüyü ilə bağlı məlumat yaymışdı.

Safura Bənnayeva
Globalinfo.az