Ağ Evin keçmiş həkimi Baydenlə bağlı gerçəyi açıqladı

“ABŞ Prezidenti Co Baydenin səhhəti hər gün daha da pisləşir. O, artıq keçmiş prezident Barak Obamanın dövründəki adam deyil. Məxfi sənədlərlə düzgün işlənilməməsi ilə bağlı istintaq zamanı prokuror ABŞ liderini “mərhəmətli, xoşniyyətli, yaddaşı zəif yaşlı adam” kimi xarakterizə edib”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ağ Evin keçmiş həkimi və Respublikaçı senator Ronni Cekson deyib.

“Namizəd olduğu vaxtdan demişəm ki, bu adam idrak baxımdan bizim prezident, baş komandan olmağa uyğun deyil. Mən bu adamı vitse-prezident olduğu səkkiz il ərzində hər gün görürdüm.

ABŞ prezidenti artıq öz vəzifəsində işləmək üçün fiziki, əqli cəhətdən hazır deyil və dövləti böyük riskə məruz qoyur”, – o bildirib.

Safura Bənnayeva
Globalinfo.az