Türkiyədə kilsəyə hücumu kimin törətdiyi bilindi – FOTO

Yanvarın 28-də Türkiyənin İstanbul şəhərində italyan “Santa Mariya” kilsəsinə edilən hücumun detalları məlum olub.

Globalinfo.az xəbər verir ki, İstanbulda polis təşkilatının həyata keçirdiyi əməliyyat nəticəsində hücumda şübhəli bilinən şəxslər saxlanılıb.

Ümumilikdə 28 şübhəli tutulub, onlar arasında İŞİD terror təşkilatına bağlı Tacikistan və Rusiya əsilli şəxslərin olduğu üzə çıxıb.

Terrorçuların hadisə yerinə gəldikləri avtomobil şəhər kənarında boş sahədə tapılıb. Həmin avtomobilin Polşa nömrə nişanlı “Hunday” olduğu, 2022-ci ildə ölkəyə rəsmi girişinin qeydiyyata alındığı, sonrakı müddətdə görünmədiyi bildirilib.

Araşdırmalar zamanı onların İstanbulda bir suşi restoranında ofisiant işlədikləri məlum olub. Saxlanılan şəxslərin Türkiyədə kiminlə əlaqə saxladıqları, hücumda istifadə etdikləri silahları haradan aldıqları araşdırılır.

Qeyd edək ki, İtanbulun Sarıyer bölgəsində yerləşən italyan xristian kilsəsinə bazar ibadəti zamanı silahlı hücum olub. Nəticədə bir nəfə ölüb.

Ayşən  Mustafa
Globalinfo.az