NATO-dan Bakı və İrəvana mesaj: Ərazi bütövlüyü pozulsa…

“İndiki mərhələdə Azərbaycanla Ermənistan arasında sülh prosesinin əsasında duran prinsiplər dəyişdirilməməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “Armenpress”ə müsahibəsində deyib.

NATO rəsmisi alyans üçün əsas məsələnin sülhün əldə edilməsi olduğunu və ikitərəfli danışıqları dəstəklədiklərini bildirib:

“Münasibətlərin tənzimlənməsi prosesində ərazi bütövlüyü və suverenliyin fundamental prinsiplərinə hörmət çox vacibdir. Biz BMT nizamnaməsinin prinsipləri pozulmadığı müddətdə tərəf tutmuruq. O cümlədən ikitərəfli danışıqlar formatını dəstəkləyirik. Prosesin hansı şəkildə irəliləməsi iki ölkənin öhdəliyindədir, nəticə olaraq sonda sülhə yol açacaq hər yolu dəstəkləyəcəyik”.

X.Kolomina jurnalistin Türkiyənin regiondakı rolu ilə bağlı sualını da cavablandırıb:

“Türkiyə bizim üçün çox vacib, Cənubi Qafqazda sərhədləri olan yeganə müttəfiqdir və buna görə də regionda əsas aktordur. Ankara ilə hər mövzuda səmimi dialoqumuz var. Türkiyə Ermənistanla münasibətlərinin normallaşmasının tərəfdarı olduğumuzu bilir. Düşünürəm ki, bu istiqamətdə irəliləyişə hazırdır”.

Ayşən Mustafa
Globalinfo.az