sbir nazim

2001-ci ildən Azərbaycan Tibb Universitetinin (ATU) tədris və müalicə işləri üzrə prorektoru vəzifəsində çalışan Sabir Əliyev vəzifəsindən azad edilib. 

Globalinfo.az Qaynarinfo-ya istinadən bildirir ki, müvafiq əmrlə Nazim Adil oğlu Pənahov tədris və müalicə işləri üzrə prorektor təyin olunub.

Nazim Pənahov 7 noyabr 2016-cı il tarixindən ATU-nun elmi katibi vəzifəsində çalışıb. O, həmçinin səhiyyə nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə nazirliyin baş stomatoloqu vəzifəsini tutur.

Qeyd edək ki, bir neçə gün əvvəl ATU-nun elmi işlər üzrə prorektoru Bəylərov Rauf Oruc oğlu da vəzifəsindən azad edilib və yerinə Sultanova Məlahət Cahangir qızı təyin olunub.

İşdən çıxarılan prorektorlar ATU-da kafedra müdiri olaraq fəaliyyətlərini davam etdirirlər.

39525917acc396c8d581f41ec75ecf93c937fd72 1965 4224 81fe 7e5ea8b860a9 jpg

Sabir Əliyev 

bee0f63df5095239b891099c2e874c21269d26e7 5344 4fd7 ac83 d97330cf8a1f jpg

Nazim Pənahov

 

Paylaş: