23 azərbaycanlı Ermənistana getdi

2023-cü ildə 23 Azərbaycan vətəndaşı Ermənistana səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Xidmətinin məlumatında qeyd olunur.

Ötən il Ermənistana ümumilikdə 2 milyondan çox turistin səfər etdiyi, əksəriyyətinin Rusiya, Gürcüstan və İrandan gəldiyi açıqlanıb.

O cümlədən ABŞ, Hindistan, Almaniya, Fransa, Ukrayna, Çin, Filippin kimi ölkələrdən də Ermənistana turist səfərləri olub.

Ayşən Mustafa
Globalinfo.az