ABŞ-ın Bakıdakı səfiri onunla görüşdü – FOTO

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Böyük Britaniyadan olan həmkarı Fergus Auldla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin paylaşımında bildirilib.

Səfir görüşdən çox məmnun qaldığını qeyd edib.

“Mən ərazilərin minalardan təmizləməsinə dair yardımımız daxil olmaqla, Azərbaycanda və Qafqazda paylaşdığımız məqsədlər üzərində birgə işləməyimizi səbirsizliklə gözləyirəm”, – səfir Mark Libbi vurğulayıb.