Bakıda kanal rəhbəri saxlanıldı

İnternet TV rəhbəri kimi təqdim olunan Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayətlər əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza faktı təsdiqləyib.