21 yaşlı gənc ağır qəzanın qurbanı oldu

Gəncədə idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sükan arxasında olan Göygöl rayon sakini, 25 yaşlı R.Cəfərov şəhər ərazisində hərəkətdə olarkən “VAZ-2107” markalı avtomobili aşırıb.

Qəza nəticəsində 21 yaşlı sərnişin Teymur Bayramov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.