İstanbul terrorunu törədən qadının geyimindəki ŞOK DETAL

ABŞ-ın ötən gün İstanbulda törədilmiş terror aktı ilə bağlı Türkiyəyə verdiyi başsağlığı mesajının rəsmi Ankara tərəfindən qəbul edilməməsindən sonra ortaya çoxsaylı suallar çıxıb.

Globalinfo.az bildirir ki, sosial şəbəkə istifadəçiləri terroru törədən Ahlam Albashır adlı qadının əynində olan paltarın üzərindəki “Nyu York” sözünə diqqət çəkərək, olayda ABŞ-ın roluna eyham vurublar.

Onların sözlərinə görə, ABŞ-ın terrorla bağlı başsağlığı mesajına Türkiyənin sərt reaksiyası və terrorçu qadının “Nyu York” yazılı paltar geyinməsi oxları rəsmi Vaşinqtona tərəfə çevirir.

İstifadəçilər PKK terror təşkilatının Qərb, xüsusən ABŞ tərəfindən ciddi şəkildə maliyyələşdirildiyini də vurğulayıblar.

Qeyd edək ki, Ağ Evin sözçüsü “ABŞ İstanbulda baş verən zorakılıq aktını qətiyyətlə pisləyir” deyə məlumat yayıb. Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın İstanbuldakı terakta reaksiyasını tənqid edib.

Aqşin Evrən
Globalinfo.az