baki ela 12

Başa vurmaqda olduğumuz 2024-cü il bəzi sənət adamları, tanınmışların itkisi ilə də yadda qaldı.

Globalinfo.az Kult.az-a istinadən 2024-cü ildə itirdiyimiz tanınmış incəsənət, ictimai-siyasi xadimlər, jurnalist və ədəbiyyat adamlarını xatırladır:

– Əməkdar artist, musiqiçi, qarmon ustası Gülbahar Şükürlü – 5 yanvar, xərçəng xəstəliyi, 61 yaşında;

– Əməkdar artist, müğənni Aygün Hümmətova (Bəylər) – 6 yanvar, xərçəng xəstəliyi, 48 yaşında;

– Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Çingiz Hüseynov – 9 yanvar, 84 yaşında;

– Professor, əməkdar jurnalist Şamil Vəliyev – 19 yanvar, 63 yaşında;

– Aktyor, əməkdar artisti Niftulla Əsgərov – 22 yanvar, 64 yaşında;

– Əməkdar jurnalist Rəhman Orxan – 2 fevral,uzun sürən xəstəlikdən, 73 yaşında;

– Müğənni, bəstəkar, xalq artisti Leyla Şəripova – 19 fevral, 94 yaşında;

– Şair, publisist Zeynal Vəfa – 14 mart, 85 yaşında;

– Xanəndə Sahibə Əhmədova – 16 mart, xərçəng xəstəliyi, 68 yaşında;

– Teatr və kino aktyoru Rahib Əliyev – 22 mart, 78 yaşında;

– Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov – 27 mart, 84 yaşında;

– Deputat Hadi Rəcəbli – 17 aprel, ürək tutması, 76 yaşında;

– Deputat İsgəndər Quliyev – 17 aprel, 85 yaşında;

– Müğənni Cavanşir Məmmədov- 20 aprel, qəfil ölüm, 75 yaşında;

– Tibb elmləri doktoru, Türk Dünyası Pediatriya Birliyinin prezidenti Nəsib Quliyev – 24 aprel, intihar, 73 yaşında;

– İlk ombudsman Elmira Süleymanova – 25 aprel, uzun sürən xəstəlik, 86 yaşında;

– Şair, tərcüməçi Ramiz Əsgər – 22 may, ürək xəstəliyindən, 70 yaşında;

– Keçmiş nüdafiə naziri Dadaş Rzayev – 27 may, uzun sürən xəstəlikdən, 88 yaşında;

– Meyxanaçı Elnur Valeh (Əsgərov) – 9 iyul, müxtəlif xəstəliklər, 37 yaşında;

– Milli Məclis Aparatının keçmiş rəhbəri Səfa Mirzəyev – 22 iyul, uzun sürən xəstəlikdən, 72 yaşında;

– Jurnalist Ədil Arifoğlu – 28 iyul, 56 yaşında;

– Tarixçisi, jurnalist Nəsiman Yaqublu – 25 avqust, qəza nəticəsində, 62 yaşında;

– Xanəndə Kifayət Gəncəli (Məmmədova) – 22 sentyabr, ürək çatışmazlığı, 86 yaşında;

– Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov – 17 oktyabr, müxtəlif xəstəliklər,75 yaşında;

– Müğənni Şahlar Quliyev – 26 oktyabr, uzun sürən xəstəlik, 78 yaşında;

– Jurnalisti, ssenarist Zülfüqar Rüfətoğlu – 9 noyabr, uzun sürən xəstəlik, 66 yaşında;

– Meyxanaçı Xəyyam Əhmədli – 3 dekabr, uzun sürən xəstəlik, 44 yaşında;

– Xalq rəssamı Tofiq Ağababayev – 20 dekabr, 96 yaşında;

– Milli Qəhrəman, kapitan pilot Kşinyakin İqor İvanoviç – 25 dekabr, təyyarə qəzası, 62 yaşında;

– Milli Qəhrəman, pilot Aleksandr Kalyaninov – 25 dekabr, təyyarə qəzası, 32 yaşında;

– Milli Qəhrəman, stüardessa Hökümə Əliyeva – 25 dekabr, təyyarə qəzası, 33 yaşında;

– Keçmiş millət vəkili Fərhad Qəribov – 25 dekabr, 72 yaşında.

Paylaş: