“2020-ci ilin 10 noyabrında dedim ki, hazırda heç kimin fikri məni maraqlandırmır, məsuliyyəti üzərimə götürüb, o sənədi imzalayacağam”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O, sənədi imzaladığına görə peşman olmadığını bildirib:
“Elə vaxt gəlir ki, məsuliyyəti üzərinə götürməli olursan. O sənədi imzalamaqla doğru addım atdığıma inanıram. Niyə imzaladığım isə tamamilə ayrı məsələdir”.
Xatırladaq ki, 2020-ci 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli bəyanat imalanıb.
Ayşən Mustafa
Globalinfo.az