20 yaşlı qız odlu silahla öldürüldü

Fevralın 16-da saat 22 radələrində Yevlax rayonunda evlərin birində 2003-cü il təvəllüdlü Başxanım Salmanovanın odlu silahla öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcəkdir.

Zaira Akifqızı 

Globalinfo.az