20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar davam edir – FOTOLAR

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı hazırlıq işləri davam edir.

Ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub. Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, Xiyabandakı hər iki məşəldə profilaktika aparılır.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Image

 

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image