20 illik “əməliyyat” yenidən gündəmdə – Azərbaycan əsgərləri ora necə getmişdi?

175b7c67 c22d 37b9 b8ab 24559dc086fa 850

ABŞ Senatının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət ciddi müzakirələrə səbəb olub.

Müraciətdə ABŞ-ın Azərbaycana COP29 sammiti ərəfəsində təzyiq göstərməsi xahiş edilib.

Ətraflı videoda:

Rəsmi Bakının bu məsələyə reaksiyası isə gecikmədi. Milli Məclisin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlayaraq ABŞ Senatının təşəbbüsünü tənqid etdilər.

Azərbaycan ABŞ-la əməkdaşlığı dayandıra bilərmi?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ konqresi Bakıya qarşı mövqeyindən əl çəkmir:

Həmçinin oxuyun:

Deputatlardan Ceyhun Bayramova müraciət: ABŞ-la sazişlərə xitam verilsin!

“Hətta torpaqlarımızın işğal edildiyi dövrdə belə Vaşinqtonun ədalətsiz yanaşması açıq şəkildə hiss olunurdu. 907-ci düzəliş bunun ən real göstəricisidir.

Prezident İlham Əliyev bu məsələni dəfələrlə dilə gətirib və haqlıdır. 2001-ci il 11 sentyabr hadisəsindən sonra ABŞ faktiki olaraq terrorla mübarizə adı altında İraqa, Əfqanıstana daxil olub bu ölkələri işğal etdi. Rəsmi Bakı antiterror əməliyyatlarına dəstək verdi, sülhməramlılarımız təxminən 20 il Əfqanıstanda xidmət göstərdi. Lakin əməliyyatlar bitdikdən və ABŞ bu ölkəni tərk etdikdən sonra – 2021-ci ildə faktiki olaraq 907-ci düzəliş yenidən bərpa olundu. Yəni bir növ bizim məşhur atalar sözündə deyildiyi kimi: “Bağda ərik var idi, salam-sağol var idi. Bağda ərik qurtardı, salam-sağol qurtardı”.

Elxan Sahinoglu 5
Elxan Şahinoğlu

Politoloq bildirib ki, ABŞ Konqresi bu gün də Azərbaycan əleyhinə kampaniyalar aparır:

“İşin tragikomik tərəfi isə odur ki, heç Ermənistanın Baş naziri Nikol Paşinyan belə hazırda Qarabağ məsələsindən Vaşinqton qədər bəhs etmir.

Azərbaycan parlamentinin ABŞ konqresinin təklifinə əks təkliflə cavab verməsi başadüşülən və doğrudur. Bununla belə, iki ölkə arasında münasibətlərin dondurulacağını düşünmürəm, çünki zərurət yoxdur. Fransa ABŞ-dan daha yolverilməz addımlar atsa da, Bakı ilə Paris arasında əlaqələr saxlanılır”.

Turan Rzayev
Globalinfo.az