pasinyan 1543

Ermənistanın Baş naziri Nikol Paşinyanın 2001-ci ildə “Haykakan Zhamanak” qəzetində yazdığı məqalə ölkədə yenidən gündəm olub. 

Globalinfo.az xəbər verir ki, Qarabağın itirilməsinə qəzəblənən və Nikol Paşinyanı günahlandıran müxalifət bu məqaləni xüsusi fakt kimi təqdim etməyə başlayıb.

Belə ki, həmin məqalədə “Mən doğru diplomatiyanın həmin ərazilərin Azərbaycana qaytarılmasına mane ola biləcəyini düşünmürəm” cümləsi erməni ictimaiyyətinin narazılığına səbəb olub. Onlar N.Paşinyanın hələ hakimiyyətə gəlməzdən əvvəl Qarabağın itirilməsinə razı olduğunu iddia ediblər.

Xatırladılıb ki, 2018-ci ildə Paşinyanın baş nazir seçilməsindən öncə erməni deputat Arman Saqatelyan bu məqaləni parlamentə təqdim edib. N.Paşinyan məqalənin ona aid olmadığını iddia edib, lakin yazının sonunda onun imzasının olması vurğulanıb.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: