Şahramanyanın yeri bəlli oldu – FOTO yayıldı

(Fotonun bir neçə gün əvvəl çəkildiyi bildirilir)

Xankəndidəki keçmiş qondarma rejimin son “prezidenti” Samvel Şahramanyanın Qarabağı tərk etdiyi iddia olunur.

Globalinfo.az xəbər verir ki, qondarma rejimin “parlament” üzvlərindən Davit Qaltsyan bu barədə danışıb.

O, Şahramanyanın artıq Ermənistanda olduğunu, təxminən yarım saat öncə Gorusa çatdığını bildirib.

***

Xankəndidəki keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın hazırda Qarabağda olduğu, həbs edilmədiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediasında məlumat yayılıb.

Qondarma rejimin keçmiş “prezidentləri” Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyandan sonra Samvel Şahramanyanın da saxlanıldığı və Bakıya gətirildiyinə dair yayılan xəbəri erməni KİV təkzib edib.

Məlumata görə, Şahramanyan Qarabağda azadlıqda olsa da, aqibətinin necə olacağı məlum deyil.

Ayşən Mustafa
Globalinfo.az