6294c41421e2e6294c41421e2f1653916692175a1379e7f2a176ade8838def6b4175

Samux rayonunda zəhərlənmə faktı qeydə alınıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində baş verib.

Belə ki, 2006-cı il təvəllüdlü kənd sakini F. Abbaszadə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: