Britaniya səfiri Lənkəranda – FOTO

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Lənkərana səfər edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Lənkərana xüsusilə Sevil Beynəlxalq Qadın Sənədli Filmləri Festivalı üçün gəlmişəm. Məhsa Aminin ölüm il dönümünü qeyd etdiyimiz bu günlərdə gender bərabərliyi məsələsi hər zamankından daha vacibdir. Sevinirəm ki, festival getdikcə genişlənir və indi regionlarda da keçirilir”-deyə, paylaşımda qeyd olunub.

F.Audl həmçinin səfirliyin əməkdaşlarından birinin evinə qonaq olduğunu da bildirib.

Image