Banklarda əmanətləri olan şəxslərin nəzərinə!

“Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb. Belə ki, avqustun ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 43,3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb. Qeyd edək ki, bu ilin fevral ayında da əmanətlərin həcmində aylıq azalma qeydə alınıb”.

Globalinfo.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, sistemli əhəmiyyətli banklarda depozit faizlərində azalma davam edir:

“Manat üzrə orta depozit faizi müddətli əmanətlər üzrə 6.0 faizədək azalıb. Müddətsiz depozitlərdə isə faizlər simvolik xarakter daşıyır. Bu isə əmanət qoyuluşlarına təsirsiz ötüşmür.

“Günay Bank”ın müflisləşməsi də ümumi əmanətlərin həcminə təsir göstərdi. Qeyd edək ki, lisenziyası ləğv olunan zaman sözügdən bankın depozit portfeli 82 milyon 507 min manat idi.

Vüqar Bayramov

Bütövlükdə, aylıq azalmaya baxmayaraq, əmanətlərin həcmi bu ilin yanvar ayı ilə müqayisədə 962 milyon manat artıb. Bu baxımdan, il ərzində aylıq artım tempinin qorunub saxlanması da vacibdir. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir”.

Turan Rzayev
Globalinfo.az