16 yaşlı cüdoçu dəfn edildi – FOTO

 

Dünən Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qətlə yetirilən 16 yaşlı Turan Rüstəmov dəfn olunub.

Globalinfo.az xəbər verir ki, cüdoçu doğulduğu Yevlax şəhərində dəfn edilib.

Xatırladaq ki, hadisə şəxsi münaqişə zəminində yaranan mübahisə zamanı baş verib. Sumqayıt şəhər sakini 20 yaşlı idmançı Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılıb və hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, qətli törədən R.Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

No description available.

Zaira Akifqızı
Globalinfo.az