1676208041871 aad

“Qalatasaray” klubunun qapıçısı Fernando Muslera Türkiyədə baş verən zəlzələdən 150 saat sonra dağıntılar altından çıxarılan 8 yaşlı Semih Ege ilə telefonla görüntülü söhbət edib.

Globalinfo.az xəbər verir ki, söhbət əsnasında Semih Musleradan formasını istəyib.

Daha öncə o, Galatasaray fanatı və sevimli futbolçusunun isə “Muslera” olduğunu deyib.

***23:14

Türkiyədə baş verən iki güclü zəlzələdən 155 saat sonra dağıntılar altından 8 yaşlı uşaq xilas edilib. 

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Semih Ege Qaziantepdə hündürmərtəbəli yaşayış binasının dağıntılarından çıxarılıb. Xilasetmə qruplarının ondan nə istədiyi sualına cavabında Semih “mənə bir şüşə su və dondurma verin” deyib.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanları sayı 29 min 605 nəfərə çatıb.

Həmin görüntüləri təqdim edirik:

0x0 1676214796500 0x0 1676214805310

Paylaş: