14 yaşlı oğlan buna görə ölüb

Ötən gün Gəncədə 14 yaşlı yeniyetmə vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeniyetmənin qızılca xəstəliyindən öldüyü məlum olub. Belə ki, ekspertizadan sonra 14 yaşlı Elnur Ulubəyovun qızılca xəstəliyi keçirdiyi aydın olub. Xəstəliyi ağır formada keçirən yeniyetmənin qəflətən halı pisləşib və şok vəziyyətinə düşərək vəfat edib.

Xatırladaq ki, Elnur Ulubəyov xəstəxanaya aparılarkən yolda vəfat etmişdi. Yaxınları yeniyetmənin qızdırması olduğunu bildirmişdi.