kisi qadin qoca

Harvard Universitetinin rəhbərliyi ilə aparılan və müstəqil tibb jurnallarının məlumatları ilə yenilənən 34 illik əhatəli bir araşdırma 5 sadə həyat tərzi vərdişinin insan ömrünü orta hesabla 14 il uzatdığını sübut edib.

Globalinfo.az xəbər verir ki, mütəxəssislər otuz il ərzində 123 mindən çox iştirakçını davamlı olaraq izləyərək məlumat bazası yaradıblar.

Müstəqil təhlillər göstərib ki, 5 meyara – siqaret çəkməmək, balanslı qidalanmaq, müntəzəm idman etmək, ideal çəkini qorumaq və spirtli içki istehlakını məhdudlaşdırmaq vaxtından əvvəl ölüm riski 74% azalıb.

Tədqiqatçılar bildiriblər ki, bu qaydalara əməl edən qadınların ömrü orta hesabla 14 il, kişilərin isə 12 il çoxalıb.

Statistikaya görə, həmin 5 vərdişlə bağlı qaydaya əməl edən şəxslərdə ürək-damar xəstəliklərindən ölüm riski 82%, xərçəngə tutulma riski isə 65% azalıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: