photo 10933

Rusiya ordusunun 14 generalı “Vaqner”in rəhbəri Yevgeni Priqojini dəstəkləyir, Vladimir Putinə tabe olmaq istəmirlər. 

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Vaqner”ə rəğbət bəsləyən, Putinə tabe olmaq istəməyən çox sayda komandirlər var. Priqojini dəstəkləyən 14 rus generalı tanıyıram”, –  Danilov bildirib.

Qeyd edək ki, xarici KİV nümayəndələri Aleksey Danilovun iddiasını təsdiqləmək üçün qiyam zamanı “Vaqner”in ələ keçirdiyi bəzi bölgələrin əhalisi ilə əlaqə saxlayıblar. İnsanlar Priqojini cəsarətli hesab etdikləri üçün dəstəklədiklərini deyiblər.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: