numan kurtulmus tan isvec e cagri 1687378795 4

“Türkiyə İsveçin NATO-ya üzvlüyünün qəti şəkildə əleyhinə deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.

O bildirib ki, İsveç terrora dəstəyi dayandırmalıdır:

“İsveçin bunların heç birindən əl çəkmədiyini görürük. Finlandiya addım atdı və Türkiyə NATO-ya daxil olması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirdi. İsveç də öz ev tapşırığını etməlidir. Bu təxribatçı hərəkətlərin qarşısını almalı, Türkiyəyə düşmən olan terror təşkilatlarının rəhbərlərini ekstradisiya etməlidir”.

“Verdiyi vədləri yerinə yetirməyən İsveç üçün hazırkı vəziyyətdə NATO üzvlüyünü gözləmək yanlış arzu olaraq qalır”, – spiker deyib.

Tahir Turan
Globalinfo.az 

Paylaş: