13 yaşlı uşaq ehtiyatsızlıqda su anbarına düşdü

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətindən bildirilib.

2011-ci il təvəllüdlü İbrahim Əliyev ehtiyatsızlıqdan kanala yıxılıb.

Məlumatla əlaqədar dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb ediliblər.

Onun axtarışları davam edir.