Xarici səyyahlar Şuşada – YENİLƏNİB

 

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Şuşaya səfər edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Şuşa şəhəri ilə tanış olub.

Beynəlxalq səyyahlar qrupu Cıdır düzündə olub. Daha sonra səyyahlar şəhərin digər tarixi ərazilərini gəziblər. Onlara Şuşanın tarixi, mədəniyyəti, işğal dövründə məruz qaldığı dağıntılar barədə məlumat verilib.

Beynəlxalq səyyahlar Şuşaya səfər edib - FOTO - YENİLƏNİB Beynəlxalq səyyahlar Şuşaya səfər edib - FOTO - YENİLƏNİB

***11:50

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupu Azıx mağarasına baş çəkdikdən sonra Şuşaya yollanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, onlar həmçinin ekoloji fəalların Xankəndi-Laçın yolunda keçirdiyi dinc aksiya keçirildiyi əraziyə də gedəcəklər.

Səfər zamanı səyahətçilər Xankəndi-Laçın yolunda əslində nə baş verdiyini öz gözləri ilə görmək imkanı qazanacaq.

Ardınca onlar Şuşaya səfər edəcək, işğal illərində dağıdılmış şəhərin görməli yerləri, güllələnmiş abidələri, Azərbaycanın mədəniyyət paytaxtının fəal tikintisi və bərpası ilə tanış olacaqlar, Cıdır düzünə baş çəkəcəklər.

Qeyd edək ki, beynəlxalq səyahətçilər qrupu fevralın 4-6-da azad edilmiş ərazilərdə səfərdə olacaq. Heyət üzvləri Qarabağ və Şərqi Zəngəzura üç günlük səfər zamanı Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.

Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyahətçilərin qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Bu səfərlər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

***10:18

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu azad edilmiş ərazilərə səfər çərçivəsində Azıx mağarasında olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 12 ölkədən olan – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan səyyahlara Azığ mağarasının tarixi haqqında məlumat verib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov qeyd edib ki, mağara regionda qədim yaşayış məskənlərindən olub.

Səyyahlara mağarana aparılan arxeoloji qazıntılar barədə məlumatlar verilib. Vurğulanıb ki, ərazidə erməni işğalı zamanı vandallıqlar törədilib.

***09:09

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Globalinfo.az xəbər verir ki, 30 nəfərlik heyətə 12 ölkənin – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.

Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyahətçilərin qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad edilmiş ərazilərə səfərində dünya miqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.

Bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

Heyət üzvləri 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.