qaz 15

Avropa Birliyinin 12 üzv ölkəsi Rusiya qazı üçün təyin edilən qiymətlərin bir qədər də aşağı salınmasını tələb edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, müraciətə imza atan ölkələr sırasına Belçika, Yunanıstan, İtaliya, Polşa, Bolqarıstan, Rumıniya, Latviya, Litva, Slovakiya, Sloveniya və Xorvatiya daxil olub.

Qeyd edək ki, bundan öncə AB-yə sədrlik edən Çexiya Rusiya üçün qaz qiymətləri tavanının 220 avroya qədər salınmasını təklif edib. Bununla belə AB-nin üçdə biri bu qiyməti məqbul saymır.

İlkin
Globalinfo.az

Paylaş: