Bakıda 10 manata həyat satırlar: gizli çəkiliş – VİDEO

Yasamalda yerləşən Narkoloji Dispanserdə taksi şirkətlərinə təqdim etmək üçün tələb olunan narkoloji test arayışı 10 manata satılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Baku TV-nin süjetində bəhs olunub.

Jurnalist özünü taksi sürücüsü kimi təqdim edərək gizli çəkiliş edib.

Çəkiliş zamanı məlum olub ki, həkimlər doğrudan da testi 10 manat rüşvət qarşılığında satırlar.

Baş Prokurorluğun Mətbuat xidmətindən və Səhiyyə Nazirliyindən verilən məlumata görə, yayılan görüntü üzrə araşdırma aparılır.

Daha ətraflı videoda:

Zaira Akifqızı
Globalinfo.az