11-cilərin imtahanında hansı dəyişiklik gözlənilir? – RƏSMİ

2022-2023- cü tədris ilinin tam (11 illik) orta təhsil səviyyəsi üzrə  buraxılış imtahanının xarici dil bloku üzrə hər hansı dəyişiklik nəzərdə tutulmur.

Globalinfo.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət İmtahan Mərkəzindən (DİM) bildiriib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2022-2023-cü tədris ilində ümumi (9 illik) orta təhsil səviyyəsində təşkil olunan buraxılış imtahanında xarici dillər üzrə şagirdlərin bilik və bacarıqlarını yoxlayan test tapşırıqlarının forma və məzmununda dəyişiklik edib.