Pərviz Bülbülə gözlənilmədən açıqlama yaydı: maraqlı qərar – FOTO

Tanınmış meyxanaçı Pərviz Bülbülə kriminal aləm və cinayətkarlıqla bağlı meyxana ifa etməyəcəyini açıqlayıb.

Globalinfo.az xəbər ki, bu barədə o, sosial şəbəkə hesabında bildirib.

“İfa etdiyim meyxana və musiqili meyxanalarda cinayətkarlıq və kriminal aləmi, eləcə də ayrı-ayrı kriminal həyat tərzi keçirən şəxsləri təbliğ etmək qanunla müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olduğundan bu kimi müraciət və sifarişlərin tələb olunması qanunamüvafiq deyil. Əks halda cinayət məsuliyyətinə cəlb olunacağımı nəzərə alaraq bu kimi sifarişlərin dayandırılmasını xahiş edirəm”, – P.Bülbülə qeyd edib.

Tamerlan Yayaqan
Globalinfo.az