Su kanalında batan 10 yaşlı uşağın axtarışı davam edir – VİDEO

Fövqəladə Hallar Nazirliyinin dalğıcları su kanalında batması ehtimal olunan uşağın axtarışlarını davam etdirir.

Globalinfo.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunaraq axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.


***10:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Globalinfo.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

***09:23

İmişli rayonun Qaragüvəndikli kəndində 10 yaşlı uşaq su kanalına düşüb.

Globalinfo.az xəbər verir ki, İmişli rayon, Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu “Boztəpə” su kanalının İmişli rayon, Qaragüvəndikli kəndindən keçən hissəsində su kanalına düşüb.

Hazırda Xankişiyev Rasim Vasif oğlunun tapılması istiqamətində axtarış işləri davam etdirilir.

Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.