10 yaşlı şahmatçı Karlseni 48 gedişə məğlub etdi – VİDEO

10 yaşlı Faustino Oro dünya şahmat reytinqində 1-ci yerdə olan Maqnus Karlsenə qalib gəlib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, argentinalı şahmatçı 48 gedişdə norveçli qrossmeysteri mat edərək tarix yazıb. Bu qalibiyyət dünya mediasında böyük müzakirə mövzusuna çevrilib.

Qrossmeyster ispan mətbuatına qazandığı qələbə ilə bağlı fikirlərini bildirib:

“Bu mənim üçün böyük xoşbəxtlikdir, çünki Karlsenə qarşı heç vaxt oynamamışdım”.