Mediamızın beşulduzlu nəhəngi – 550 minlik “ordu”ya malik Axar.az 10 yaşında!

Axar.az xəbər portalı bu gün 10 yaşını qeyd edir.

Globalinfo.az xəbər verir ki, saytın baş redaktoru Anar Niftəliyev 10 yaşa 5 versiya və gündəlik ortalama 550 min oxunma ilə girdiklərini bildirib.

Baş redaktor həmçinin intellektual oxuculara təşəkkür edib:

“Oxucularımıza minnətdaram. Axar.az-ın oxucuları intellektuallardır, hər səhvimizi dərhal görür və bizi səhv etməməyə məcbur edirlər. Əslində, informasiya siyasətimizə də yön verən bu cür intellektli oxuculardır.

Yaxşı ki, varsınız və Axar.az-ı izləyirsiniz! Sizə layiq olmaq üçün çalışırıq, çalışacağıq!”

Qeyd edək ki, Axar.az 10 il əvvəl – 2013-cü il oktyabrın 19-u saat 12:08-də onlayn olub. Bu gün Axar.az ölkənin ən çox oxunan saytlarının ilk üçlüyündədir.

Biz də Globalinfo.az olaraq saytın təsisçisi Aynur Camalqızını, baş redaktoru Anar Niftəliyevi və kollektivi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.