️Tacikistanda terror planlaşdıran 15 nəfər həbs edildi – “Krokus”la əlaqələri var?

Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib.

Globalinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, həbs edilənlərin “Krokus”da terror aktını törədənlərlə əlaqəsi yoxlanılır.

“Saxlanılanların eyni zəncirin parçası olub, birlikdə hərəkət edib-etmədiyi, yoxsa hər birinin ayrı-ayrılıqda Rusiya və Tacikistanda terror aktı törətmək istəyib-istəmədiyi hələlik məlum deyil”, – bildirilib.