️Qatar vuran qadın xəstəxanada öldü

Qatar vurması nəticəsində xəsarət alan qadın vəfat edib.

Globalinfo.az xəbər verir ki, xəstəxanaya çatdırılan 1975-ci il təvəllüdlü Təhminə İbrahimovanın həyatını xilas etmək mümkün olmayıb.

***18:00

Bu gün saat 16:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.

Globalinfo.az bu barədə QSC-yə istinadən xəbər verir.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

“ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”,- deyə məlumatda qeyd edilib.