Əvəz Zeynallıdan xəbər var

Həbsdə olan tanınmış jurnalist Əvəz Zeynallının saxlanıldığı təcridxana dəyişdirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən, o, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasından  Penitensiar Xidmətin tabeliyində olan 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Ə.Zeynallı rüşvət almaqda ittiham edilir. İttihama görə, o, həbsdə olan iş adamı Rasim Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Ə.Zeynallı barəsində cinayət işi başlanıb və ötən ilin avqustunda barəsində həbs qətimkan tədbiri seçilib. Həmin vaxtdan etibarən o DTX-nin təcridxanasında saxlanılırdı.

Hazırda iş üzrə istintaq gedir.