Ərdoğan zəlzələ bölgəsinə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətinə çatıb.

Globalinfo.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə onun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, dövlət başçısı ərazidəki mövcud durumla tanış olacaq.

Xatırladaq ki, fevralın 6-sı səhər saatlarında Türkiyədə 7.7 maqnitudada zəlzələ baş verib.