Ərdoğan Ukrayna və Rusiya prezidentləri ilə telefonla danışacaq

“Taxıl sazişi”nin davam etməsi üçün problemlər həll edilməlidir”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Türkiyə məsələ ilə bağlı səylərini davam etdirir: “Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiyadan olan həmkarları ilə danışacaq”.