“Bazar günü (dekabrın 11-də – red.) rusiyalı həmkarım Vladimir Putinlə danışacağam”.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT World” forumunda çıxışı zamanı deyib.
“Eyni zamanda ukraynalı həmkarım Volodimir Zelenski ilə danışacam. Məqsədimiz “Taxıl sazişi”ni davam etdirmək, xüsusilə kasıb ölkələrə taxıl ixrac etməkdir”, – Türkiyə lideri əlavə edib.
Ərdoğanın sözlərinə görə, bütün dünya görüb ki, Türkiyə sülh üçün çalışır:
“Səylərimizi gələcəkdə də davam edəcəyik”.