Ərdoğan İstanbuldakı partlayışdan danışdı – Süleyman Soylu və Bəkir Bozdağ hadisə yerinə getdi

İstanbulda partlayışda ölənlərin sayı 6 nəfərdir.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri qeyd edib ki, 4 nəfər hadisə yerində həyatını itirib, yaralı sayı isə 53-dür.

Prezident bu rəqəmləri İstanbul valisindən əldə etdiyini vurğulayıb.

“Millətimiz İstanbuldakı hadisəni törədənlərin layiq olduqları şəkildə cəzalandırılacağından əmin olsunlar. Türkiyə dövlətinin aidiyyəti qurumları bu hücumu törədənləri, onun arxasında duranları aşkara çıxarmaq üçün fəaliyyətini davam etdirir”, – R.T. Ərdoğan qeyd edib.

Qeyd edək ki, 2 nəfər xəstəxanada vəfat edib.

Məlumata görə, daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Bəkir Bozdağ proqramlarını yarımçıq qoyaraq İstanbula gediblər.