Ərdoğan dünyaya səsləndi: “Razı olmayacağıq!”

Türkiyənin milli təhlükəsizliyi sərhədlərinin xaricində başlamaqdadır. Regionumuzda sabitlik bərqərar olmadan başımızı yastığa hüzurla qoya bilmərik.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Heç kimin, heç bir qlobal və regional gücün gözümüzün içinə baxaraq ölkəmizin sabitliyini təhlükə altında qoymasına razı olmayacağıq!”, – deyə o bildirib.