Ərazimizə qanunsuz girən iranlı hərbçilər Azərbaycan torpaqlarında nəyin keşiyini çəkirdilər? – VİDEO

İki il öncə 44 günlük Vətən müharibəsi dövründə çəkilmiş video görüntülər yenidən diqqət mərkəzinə gəlib.

Ordumuzun Cəbrayıl rayonunun yaşayış məntəqələrini düşmən işğalından azad etməsindən sonra elin o başı ilə bu başını, Azərbaycanın o tayı ilə bu tayını birləşdirən tarixi Xudafərin körpüsündə şanlı vətən bayrağını ucaltmasının görüntülərini izləyərkən maraqlı bir nüans diqqət çəkib.

Belə ki, Arazın o tayındakı soydaşlarımızın, güneyli bacı-qardaşlarımızın alqış sədaları, azadlıq şüarları ilə bayrağımızı ucaldan hərbçilərimiz daha sonra ərazini gəzərkən dağda mövqelənmiş iranlı hərbçilərlə qarşılaşıblar.

Azərbaycanın haqq müharibəsi apardığı, torpaqlarını işğaldan azad etdiyi, erməniləri dərbədər salıb yurdumuzdan qovduğumuz bir zamanda görəsən iranlı hərbçilər dağda mövqe tutub nəyin keşyini çəkirmişlər? Əlbəttə ki, onlar bizim qoşunların irəliləməsini ləngitmək və ermənilərin yenidən təşkilatlanmasına imkan vermək üçün irəliləyiblər.

Qəhrəman Azərbaycan əsgərinin öz doğma torpağını azad edib irəliləməsi nankor, qədirbilməz cənub qonşumuzu çox narahat edibmiş. Çünki artıq öz çirkin əməllərini həyata keçirmək üçün yollarının qalmadığı həqiqətini qəbul etməyə məcburdurlar.

Bir həqiqət də var. Müzəffər Azərbaycan ordusu öz torpaqlarını təkcə ermənilərdən deyil, həm də bu cür nankor, özünü din qardaşı, dinc qonşu kimi qələmə verən, amma arxamızca daim düşmənlərimizlə əlbir iş görən molla rejimindən də azad edib.