Əli Əsədov gürcüstanlı həmkarını təbrik etdi

Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Kobaxidzeni bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata əsasən, baş nazirlər arasında telefon danışığı zamanı Ə.Əsədov İ.Kobaxidzeyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı baş nazirlər iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.